Bakıda Atıcılıq üzrə dünya çempionatının ilk yarışları keçirilib. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Olimpiya növü olan pnevmatik tapançadan 10 m məsafəyə atəş üzrə yarışda kişilər arasında mübarizədə çinlilər həm fərdi, həm də komanda şəklində üstünlüklərini nümayiş etdirirlər.
Çin yığmasının üzvü Boven Janq fərdi növdə 244,3 xalla qızıl medalı qazanıb. Serbiyalı Damir Mikeç 240,8 xalla gümüş, bolqarıstanlı Kiril Kirov isə 215,7 xalla bürünc medallara yiyələniblər.
Komanda şəklində də çinlilər 1-ci yerdədirlər, 2-ci yerə Almaniya, 3-cü yerə isə Hindistan milliləri sahiblənib.