Bakıda aprelin 19-21-i aralığında bədii gimnastika üzrə Dünya Kuboku keçiriləcək. Bu haqda bu gün, 12 fevral tarixində Bakuplus.az Azərbaycan Gimnastika Federasiyasının (AGF) Mətbuat Xidmətinə istinadən xəbər verir.
İdman tədbiri üçün paytaxta 46 ölkədən iştirakçılar gələcəklər. Dünya Kubokunda Azərbaycan millisi ilə yanaşı, Andorra, Anqola, Avstraliya, Avstriya, Belçika, Braziliya, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Misir, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, Hindistan, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Meksika, Monteneqro, Yeni Zelandiya, Şimali Makedoniya, Çin, Polşa, Cənubi Koreya, Moldova, Rumıniya, Serbiya, Sloveniya, Cənubi Afrika, İspaniya, Tailand, Türkiyə, Ukrayna, ABŞ və Özbəkistan gimnastları mübarizə aparacaqlar.
İdman tədbiri Milli Gimnastika Arenasında təşkil olunacaq.