Paytaxtda kikboksinq üzrə yarış keçiriləcək. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Bakı Şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
İyulun 27-si və 28-i Hövsan Olimpiya İdman Kompleksində kikboksinq üzrə böyüklər və kadetlər arasında Bakı şəhər kuboku keçiriləcək. Yarışın açılışı saat 15:00-da baş tutacaq.
İdman tədbiri Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə keçirilir.