Bakıda Milli Atçılıq Festivalı keçiriləcək. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq festival Binə Atçılıq Mərkəzində baş tutacaq. Tədbir çərçivəsində çövkən üzrə dünya çempionatı, cıdır və yorğa qaçışları baş tutacaq. Festivalda yalnız milli cins atlar – Qarabağ və Dilbaz atları iştirak edəcək.
Festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Polşa və Mərakeş milliləri iştirak edəcək.
Tədbir 5-8 noyabr tarixlərində keçiriləcək. 3 noyabr tarixində isə “Dreamland Golf Hotel” mehmanxanasında mətbuat konfransı və püşkatma təşkil olunacaq.