Bu gün “Neftçi” və “Araz-Naxçıvan” qarşılaşacaq. Bu haqda 13 aprel tarixində Bakuplus.az xəbər verir.
Azərbaycan Premyer Liqasının XXX turu çərçivəsində keçirilən oyun Bakıda baş tutacaq. "Ağ-qaralar" 44 xalla 3-4-cü yerləri bölüşdürürsə, Naxçıvan klubu 32 xalla 8-ci sıradadır.
Matç saat 19:00-da “Neftçi Arena”da baş tutacaq. Hakimlər Əliyar Ağayev, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli; hakim-inspektor Ömər Paşayev; AFFA nümayəndəsi Elman Musayev olacaqlar.