“Neftçi” – “Qarabağ” cütlüyü arasında ilk oyun keçirilib. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycan Kubokunun yarımfinal mərthələsi çərçivəsində keçirilən oyunda “köhlən atlılar” 4 cavabsız qol vurublar. Matç "Neftçi Arena"da baş tutub.
Qolları 14 və 29-cu dəqiqələrdə Toral Bayramov, 37-ci dəqiqədə Marko Yankoviç və 86-cı dəqiqədə Nəriman Axundzadə vurublar.
Yarımfinal mərhələsinin "Zirə" – "Qəbələ" dueli bu gün keçiriləcək. Hər 2 cütün cavab qarşılaşması 24 aprel tarixində keçiriləcək.