Bakıda qaçış təlimlərinə start verilir. Bakuplus.az bu barədə 30 may tarixində Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
Dənizkənarı Milli Parkda, "Park Bulvar" AVM-in ərazisində hər bazar günü saat 9:00-dan 10:00-dək qaçış üzrə peşəkar mütəxəssislərin rəhbərliyi altında təlimlər keçiriləcək. İlk təlim iyunun 4-də baş tutacaq.
Həmçinin 3 həftəlik məşqlərdən sonra hər ayın sonuncu bazar günü iştirakçılar özlərini kiçik məsafəli qaçış yarışlarında sınayacaqlar.
Məşqlərə qoşulmaq üçün qeydiyyatdan keçmək gərəkdir.
Qeyd edək ki, təlimlərə istənilən yaş kateqoriyasından olan insanlar qatıla bilərlər.