"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq. Bu haqda bu gün, 30 iyul tarixində Bakuplus.az xəbər verir.
Azərbaycan təmsilçisi II təsnifat mərhələsinin cavab görüşündə Cəbəllütariqin "Linkoln" klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçın baş hakimi danimarkalı Yakob Sandberq olacaq.
Səfərdəki oyunda "köhlən atlar" 2:0 hesabı ilə qələbə qazanıb.