Ümumdünya Avtomobilsiz Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Gənclər və İdman Nazirliyi, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Dənizkənarı Milli Park və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə paytaxtda veloyürüş təşkil olunacaq.
Bakuplus.az ETSN-ə istinadən xəbər verir ki, veloyürüş Dəniz Mall ticarət mərkəzi-Bakı Su İdman Sarayı-Dəniz Mall ticarət mərkəzi marşrutu üzrə keçiriləcək.
Ümumilikdə 15 km məsafəni əhatə edən bu yürüşə qatılmaq istəyən hər kəs velosipedləri ilə sentyabrın 22-si saat 10:30-da Dəniz Mall ticarət mərkəzinin qarşısına gəlməlidir.