Sabah, dekabrın 1-dən 4-nə kimi Bakının “Şüa” idman kompleksində yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan Kuboku başlayır. Bu haqda bu gün, 30 noyabr tarixində Report məlumat verib.
Yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən təşkil edilir. Çempionatda paytaxt idmançıları ilə yanaşı ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən idman cəmiyyətləri, klublar və uşaq-gənclər idman məktəblərinin tennisçiləri mübarizə aparacaqlar.
Qaliblər nazirliyin diplomları va federasiyanın hədiyyələri ilə təltif olunacaqlar.