Azərbaycan Texniki Universitetinin idman zalında “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” Cavanşir Qurbanovun 75 illik yubileyinə həsr olunmuş U-15 yeniyetmələr arasında sərbəst güləş üzrə Bakı şəhər turniri keçiriləcək. Bu haqda 3 dekabr tarixində Bakuplus.az məlumat verir.
Turnir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin dəstəyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir. 6 dekabr 2022-ci il tarixində sərbəst güləşçilər 38, 44, 52, 62 və 75 kq-yə qədər çəki dərəcələrində qüvvələrini sınayacaqlar.
Turnirin proqramı: