Bakıda Vətən müharibəsi şəhidi Vaqif Mərdanovun xatirəsinə həsr edilmiş güləş turniri keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 10 iyun tarixində xəbər verir.
Turnir 12 iyun saat 10:00-da Suraxanı rayonunda yerləşən 172 nömrəli məktəbdə təşkil olunacaq.
Yunan-Roma güləşi üzrə baş tutacaq yarış yeniyetmə və gənclər arasında keçiriləcək.