Bakıda keçirilən çövkən üzrə dünya çempionatı yekunlaşıb. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Binə Atçılıq Mərkəzində baş tutan final və üçüncü yer uğrunda görüşlərdən sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Səhnəyə dünya üçüncüsü Nigeriya, ardınca ikinci yerin sahibi Mərakeş milliləri çıxıb. Sonda Azərbaycan komandası səhnəyə dəvət edilib və qızıl medallara qovuşub.