Bu gün, 16 dekabr tarixində Binə Atçılıq Mərkəzinin qapalı manejində Çövkən Milli Atüstü oyunu üzrə Prezident Kubokuna start veriləcək. Bu haqda Bakuplus.az məlumat verir.
Kubok Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilir. Yarışda 5 komanda iştirak edərək 12 oyun keçiriləcək.
Turnirin təntənəli açılış mərasimində musiqili proqram və atlarla parad təşkil olunacaq.
Dekabrın 16-22-də qrup oyunları, 24-də isə final oyunu keçiriləcək.
Bakıda çövkən üzrə Prezident Kuboku başlayır
Bakıda çövkən üzrə Prezident Kuboku başlayır
Bu gün "Sərhədçi-Dilbaz" komandası ilə "Polad" qarşılaşacaq. Günün digər matçında isə “Sərhədçi-Qarabağ” “Buta Qolden”lə mübarizə aparacaq.