Bakıda çimərlik voleybolu üzrə Seçim Günü keçiriləcək. Bu haqda bu gün, 25 iyun tarixində Bakuplus.az Voleybol Federasiyasına istinadən xəbər verir.
Seçimlər çimərlik voleybolu üzrə yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri İqor Olefir və oğlanlardan ibarət milli komandaların rəhbəri Joanildo Koşta Junior tərəfindən aparılacaq. Fərqlənəcək idmançılar yeniyetmə və gənc komandalara cəlb olunacaqlar.
Bakı Su İdmanı Sarayında təşkil ediləcək seçimlərə aşağıda qeyd olunan kriteriyalara uyğun gələn qız və oğlanlar qatıla bilərlər: