Bu gün, 21 noyabr tarixində yeniyetmə boksçular arasında Azərbaycan çempionatı başlayır. Boks Mərkəzində keçiriləcək yarışlarda 15 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Bu haqda Azərtac məlumat verib.
Çempionatda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, eləcə də idman cəmiyyətlərini təmsil edən 66 komandadan 326 boksçu iştirak edəcək.
Qaliblər noyabrın 27-də elan olunacaqlar. Onlar milli komandaya qoşularaq ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcəklər.
Yarışın baş hakimi Emil Qurbanəliyev olacaq.