Bakı Boks Mərkəzində boks üzrə 2008-2009-cu il təvəllüdlü yeniyetmələr arasında Bakı birinciliyi keçirilir. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan yarış bu gün başlayıb və oktyabrın 14-nə kimi davam edəcək. Qarşıdurmalar hər gün saat 14:00-da başlayır.
Yarışın keçirilmə məqsədi ilk olaraq respublika mərhələsinə çıxış vəsiqəsini əldə etmək, ən güclü idmançıları aşkar etmək, idmançıların döyüş təcrübəsini və idman ustalığını artırmaqdır.