“Zirə” bu gün UEFA Konfrans Liqasında oyuna çıxacaq. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün “Zirə” Slovakiyanın “DAK 1904” klubu ilə qarşılaşacaq.
“Zirə”nin mətbuat katibi Elmar Abdullazadənin sözlərinə görə, Slovakiya klubu Bakıya azarkeşlər və jurnalistlərlə səfər edəcək:
“Özləri ilə 50-yə yaxın azarkeş gətiriblər. Əlavə 5-6 nəfər də jurnalist olmalıdır”.
"Zirə" - "DAK 1904" görüşü bu gün, saat 20:30-da start götürəcək.