Bu gün, 3 mart tarixində futzal üzrə 2024-cü ildə keçiriləcək Dünya Çempionatının əsas mərhələsində Azərbaycan millisi Yunanıstan komandasını qəbul edəcək. Bu haqda Bakuplus.az məlumat verir.
Oyun Bakı İdman Sarayında saat 20:00-da start götürəcək.
Qarşılaşmanı Eduardu Koelyunun başçılıq etdiyi portuqaliyalı hakimlər briqadası idarə edəcək.