Bakıda güləş üzrə Avropa çempionatı davam edir. Bu haqda bu gün, 21 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı İdman Sarayında keçirilən U-23 Avropa çempionatında bu gün Azərbaycanın yunan-Roma güləşçiləri mübarizə aparırlar.
Nihad Quluzadə (60 kq), Fərahim Mustafayev (67 kq), Murad Əhmədiyev (97 kq) təsnifat, Ruslan Nurullayev (72 kq), Qurban Qurbanov (82 kq) 1/8 final görüşlərinə çıxacaqlar.
Laçın Vəliyev (87 kq) təsəlliverici, Rəşad Məmmədov (55 kq) bürünc medal uğrunda görüşdə, Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) isə finalda yarışacaqlar.