Bakı şəhər Gənclər və İdman İdarəsinə yeni təyinat olub. Bu haqda bu gün, 7 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Dənyar Teymurlu Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Bu haqda nazir Fərid Qayıbov əmr imzalayıb.
24 iyun tarixində qurumun sabiq rəisi Raqif Abasov vəzifəsindən istefa vermişdi.