Bakı klubundan ayrılan futbolçu Ukraynaya geri dönüb. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Səbail”də oynayan ukraynalı futbolçu Petro Stasyuk öz ölkəsinə geri qayıdıb. 28 yaşlı müdafiəçi Çerkassıda yerləşən “LNZ” klubu ilə müqavilə bağlayıb.
Petro Stasyuk 2022-ci ilin avqustunda "dənizçilər"lə müqavilə imzalamışdı. Mövsümün sonu klub və futbolçu yollarını ayırmışdılar.