Bakıda keçirilən “Qarabağ” - “Lex” futbol matçı komandamızın qələbəsi ilə bitib. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az xəbər verir.
Ötən gün Çempionlar Liqasının seçmə mərhələsi çərçivəsində keçirilən oyunun ilk dəqiqəsində qonaqlar qol vurmağı bacarıb, ancaq “Qarabağ” xarakter göstərərək birinci hissədə hesabda önə keçməyə, daha sonra isə rəqibini darmadağın etməyə nail olub.
5:1 hesabı ilə bitən oyunda Kady 2 dəfə, Filip Ozobiç, Kevin Medina və Abbas Hüseynov hərəyə bir dəfə fərqləniblər. Beləliklə, komandamız növbəti mərhələyə keçməyi bacarıb.