Bakı klubları AFFA-nın İntizam Komitəsi tərəfindən cərimələnib. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Premyer Liqanın X turu çərçivəsində keçirilən “Səbail” – “Neftçi” görüşünün ardından meydana kənar şəxs daxil olduğundan “dənizçilər” 800 AZN məbləğində cərimələniblər.
“Zirə” isə 1 oyunda 5 futbolçusu sarı vərəqə aldığına görə 700 AZN cərimə ödəməli olacaq.