Bakıda baş tutmuş futbol matçından sonra “Neftçi” və “Sabah” klubları cəzalandırılıb. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Premyer Liqanın 11-ci turunda “Neftçi”nin futbolçusu Yuri Matias oyunun 90+3-cü dəqiqəsində qırmızı vərəqə aldığına görə AFFA İntizam Komitəsi tərəfindən 1 oyunluq diskvalifikasiya alıb. Bu səbəbdən klub 500 manat cərimələnib.
Oyun bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə “ağ-qaralar” daha 800 manat cəzalandırılıb.
“Sabah” FK-nın 4 oyunçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimələnib.
Oktyabrın 29-da keçirilən “Neftçi” – “Sabah” oyunu 0:1 hesabı ilə yekunlaşıb.