"Qarabağ" Türkiyənin "Qalatasaray" klubu ilə xeyriyyə oyununa ev sahibliyi edəcək Bakı Olimpiya Stadionunun (BOS) hazırkı vəziyyətini əks etdirən fotolar paylaşıb.
Klubdan stadionun matça tam hazır olduğunu qeyd ediblər. Bundan əlavə, matçdan əldə edilən gəlirin Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə yardım üçün istifadə olunacağı qeyd edilib.
BOS rəhbərliyi matçın xeyriyyə məqsədli olduğunu nəzərə alaraq, təşkilati işlər üçün "Qarabağ"dan heç bir məbləğ tələb etməyib.
“Qarabağ” - “Qalatasaray” matçı martın 26-da saat 20:00-da start götürəcək.
[URIS id=94855]