Cüdo üzrə Bakı qəsəbələri birinciliyi keçiriləcək. Bu haqda bu gün, 9 aprel tairxində Bakuplus.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir.
Yarışda Bakı qəsəbələrinin müxtəlif klub, cəmiyyət və idman təşkilatından U-13 kiçik yaşlı yeniyetmələr arasında 400-ə yaxın cüdoçu qatılacaq. Turnirdə qızlar və oğlanlar arasında 20 çəki dərəcəsində qaliblər bəlli olacaq.
Tədbir 13-14 aprel tarixlərində keçiriləcək. Çempionat Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq.
Arenaya giriş sərbəstdir.