“Qarabağ”ın Avropa Liqasındakı rəqibi bəlli olub. Bu haqda bu gün, 18 dekabr tarixində Bakuplus.az UEFA-ya istinadən xəbər verir.
Avropa Liqasının 1/16 finalının püşkatması baş tutub. Ağdam təmsilçisi pley-offda Portuqliyanın “Braqa” klubu ilə qarşılaşacaq.
Digər qarşılaşmalar aşağıdakı kimidir:
- Feyenoord (Niderland) - Roma (İtaliya);
- Milan (İtaliya) - Renn (Fransa);
- Lans (Fransa) - Frayburq (Almaniya);
- Yanq Boyz (İsveçrə) - Sportinq (Portuqaliya);
- Benfika (Portuqaliya) - Tuluza (Fransa);
- Qalatasaray (Türkiyə) - Sparta Praqa (Çexiya);
- Şaxtyor Donetsk (Ukrayna) - Olimpik Marsel (Fransa).