AFFA "Səbail" klubuna məxsus stadionun örtüyünü dəyişdirməyə qərar verib.
Report-a istinadən "Səbail" klubunun ev oyunlarını keçirdiyi Bayıl stadionunda ot örtüyü sıradan çıxıb. Bu vəziyyət Azərbaycan Premyer Liqasındakı digər komandaların narazılığı ilə qarşılanıb. Assosiasiya bununla bağlı tender elan edib və 10 dekabr saat 17:00-da yekun vurulacaq.
Qalib şirkət üçün quraşdırma tarixləri kimi aprel - iyun 2022-ci il müəyyənləşdirilib.