“Bayer 04” Bakıda məşq etməyəcək. Bu haqda bu gün, 6 noyabr tarixində Bakuplus.az xəbər verir.
Almaniya təmsilçisi 8 noyabr tarixi axşam saatlarında paytaxta çatacaq. Bu səbəbdən klub paytaxtda məşq etməyəcək, eləcə də klubun baş məşqçisi Xabi Alonso mətbuat konfransında çıxış etməyəcək. Buna görə UEFA-dan xüsusi icazə də alınıb.
“Qarabağ” – “Bayer 04” matçı Tofiq Bəhramov adına Respublika Stadionunda 9 noyabr saat 21:45-də başlayacaq.