“Beşiktaş” futbol klubu Bakıya gələcək. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az xəbər verir.
Türkiyənin top klublarından biri Bakı təmsilçisi ilə matç keçirəcək. Paytaxtda “Sabah” FK - “Beşiktaş” yoldaşlıq qarşılaşması baş tutacaq.
Matçın 13 may tarixində keçiriləcəyi bildirilir. Biletlər barədə hələ məlumat verilməyib.