Bakıda keçiriləcək turnirlərin poster və videoçarxı paylaşılıb. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az idman qurumlarına istinadən xəbər verir.
Azərbaycan Cüdo Federasiyası (ACF) bu il Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirinin rəsmi posterini təqdim edib. Yarışda 60-dan çox ölkədən 400-dən artıq idmançının iştirakı gözlənilir.
Tədbir 16-18 fevral tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq.
[caption id="attachment_128223" align="alignnone" width="640"]
Foto açıq mənbədən[/caption]
Paytaxtda keçiriləcək digər yarış güllə və stend atıcılığı üzrə Dünya Kubokudur. Atıcılıq Federasiyası bununla bağlı qısa tanıtım videosu paylaşıb.
Turnir 1-12 may tarixlərində təşkil oluncaq. Bakı 8-ci dəfə ISSF Dünya Kubokuna ev sahibliyi edəcək.
[video width="1280" height="720" mp4="https://bakuplus.az/storage/photos/2024/01/bakidaki-dunya-kubokunun-qisa-tanitim-carxi-t-qdim-edilib.mp4"][/video]