BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının Bakıda keçirilən 29-cu Sessiyası (COP29) çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbir keçirilir.
İnsanoid.com xəbər verir ki, tədbirdə Türkiyə millisinin və “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terim də iştirak edir. Terim “Qarabağ”ın dəvəti ilə ötən gün ölkəmizə gəlib.
Tədbirdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və Fatih Terim birlikdə görüntüləniblər.