"Dədə Qorqud" parkında idman tədbiri keçiriləcək. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən ərazidə "İdman hamı üçün" layihəsi çərçivəsində "Gimnastika hamı üçün" tədbiri keçiriləcək. Burada müxtəlif musiqili-nümunəvi çıxışlar təqdim ediləcək, isinmə, gimnastika, rəqs hərəkətləri yerinə yetiriləcək.
İstənilən yaş kateqoriyasından olan insanlar gimnastika mütəxəssislərinin rəhbərliyi altında tədbirdə sərbəst iştirak edə bilərlər.
Tədbir 8 iyul saat 17:00-18:00 arası keçiriləcək.