Dünyanın ən güclü şahmatçısı Maqnus Karlsen Bakıda keçiriləcək dünya çempionatında iştirakını təsdiqləyib. Bu haqda bu gün, 12 iyun tarixində Bakuplus.az məlumat verir.
Dünya çempionatı iyulun 29-dan avqustun 26-dək Bakıda keçiriləcək. İlk üç yeri tutan şahmatçılar “İddiaçılar Turniri”nə vəsiqə qazanacaqlar.
Bu, Azərbaycanda keçirilən ikinci dünya çempionatıdır. Çempionat Bakıda, həmçinin 2015-ci ildə keçirilib.