“Zirə” futbol klubu azarkeşləri üçün xüsusi avtobuslar təşkil edəcək. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az kluba istinadən xəbər verir.
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Makkabi Tel-Əviv” matçını izləmək istəyənlər üçün xüsusi avtobuslar təşkil olunacaq.
Nəqliyyat vasitələri 21 iyul saat 18:00-dan etibarən 19:00-a qədər metronun “Koroğlu” stansiyasından (piramidanın arxası) “Dalğa Arena”ya yola düşəcəklər. Oyun saat 20:00-da başlayacaq.
Bu, “Zirə” FK ilə İsrail təmsilçisi arasında mərhələ çərçivəsində birinci qarşılaşma olacaq.