Xorvatiyada Zaqreb "Dinamo"su ilə Ağdamın "Qarabağ" klubu arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun hakimləri bəlli olub. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Görüşü İsveçdən olan hakimlər briqadası idarə edəcək. FIFA referisi Qlenn Nyuberqə Mahbod Beiqi və Andreas Söderkvist kömək edəcəklər. Dördüncü hakim funksiyasını Adam Leydbek yerinə yetirəcək. VAR-da almaniyalı Bastian Dankert, AVAR-da isə onun həmyerlisi Yohann Pfayfer olacaq.
Qarşılaşma avqustun 20-də "Maksimir" stadionunda Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab oyunu avqustun 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.