Bakıda idman gimnastikası üzrə Dünya Kuboku başlayıb. Bu haqda bu gün, 7 mart tarixində Bakupuls.az Report-a istinadən xəbər verir.
Milli Gimnastika Arenasında baş tutan açılış mərasimində İlk olaraq, iştirakçı ölkələrin bayraqları zala gətirilib. Ardından söz gənclər və idman naziri Fərid Qayıbova verilib. Dövlət Himni səsləndirilib.
Turnirdə 67 ölkədən 300-ə yaxın idmançı iştirak edəcək. Kubok 10 mart tarixində yekunlaşacaq.
[caption id="attachment_131967" align="alignnone" width="640"]
Foto Report.az[/caption]