top
Emin Mahmudov yaxşı oğlandı, amma…
06 may 2025, 06:46
- ↺ +

Emin Mahmudov yaxşı oğlandı, amma…

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Futbol üzrə Azərbaycan Premyer liqasının 33-cü turu çərçivəsində baş tutan “Neftçi” – “Kəpəz” (2:2) matçından sonra mediada belə bir xəbər yer aldı – “Emin Mahmudov Kazbek Tuayevə çatıb”. İzah verək: 33 yaşlı yarımmüdafiəçi "Neftçi" klubunda 60-cı qolunu vuraraq 84 yaşlı Tuayevin göstəricisini təkrarlayıb.

Emin 60 qolunu "Neftçi"də keçirdiyi 252-ci qarşılaşmada vurub. O, Premyer Liqada 44, Azərbaycan Kubokunda 7, avrokuboklarda 9 dəfə fərqlənib.

İndi isə keçək əsas məsələyə. Qeyd etdiyimiz kimi, Mahmudov klub səviyyəsində vurulan qollara görə Tuayevlə bərabərləşib. Statistika quru rəqəmlərin tablosudur, onların arxasında nə gizləndiyi çox zaman pünhan qalır. Biz isə nəzər saldığımız məsələdə pərdə arxasında qalan bəzi məqamlara diqqət çəkmək istərdik.

Bilməyənlər üçün deyək, bilənlər üçün təkrar edək: Kazbek Tuayev Azərbaycan futbolu tarixində iz buraxan azsaylı futbolçulardan biridir. Kazbek Aliyeviç ölkə futbolunun ən yüksək nailiyyəti – 1966-cı il SSRİ çempionatında “Neftçi”nin bürünc medal qazanmasının bilavasitə iştirakçısıdır. Başqa sözlə desək, futbolumuzun canlı əfsanəsidir. Bundan savayı, 3 dəfə - 1963, 1966 və 1967-ci il mövsümlərində Tuayev SSRİ-nin ən yaxşı 33 futbolçusu sırasında yer almağı bacarıb. Sonuncu statistik məlumatın üzərindən sadəcə ötməyək. Düşünək. SSRİ-nin ən yaxşıları sırasında “Neftçi”nin üzvü! Bu nə deməkdir? Yəni Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Orta Asiya, Baltikyanı ölkələrin təmsilçiləri ilə mübarizədə bakılı daha yüksək performans göstərib! Təsəvvür edirsiniz bunu? Əlbəttə, indi bunu, futbolumuzun can üstündə olması fonunda təsəvvür etmək çətindir. Amma fakt faktlığında qalır. Tuayev bunu bacarmışdı, özü də 3 dəfə...

Sözümüzün canı nədir? Əlbəttə, Emin Mahmudov çalışqan, müasir futbol həyatımızın parlaq simalarındandır. Amma ədalət naminə etiraf etməliyik: Mahmudovla Tuayevin nəticələrini bir tərəzinin gözünə qoymaq yanlış olardı. Ən azından onların hansı rəqiblərlə üz-üzə gəldiklərini, hansı komandaların qapılarına yol tapmalarını nəzərə alaraq. Əgər Mahmudov bunu Azərbaycan çərçivəsində edibsə, Tuayevin nailiyyət coğrafiyası müqayisə olunmaz dərəcədə daha genişdir. Bir var “Kəpəz”ə, “Səbail”ə qol vurmaq, bir də var Kiyev “Dinamo”suna, Moskva “Spartak”ına...

Odur ki, bəzi statistik nəticələri işıqlandırarkən, qısa izahat vermək də yerinə düşərdi. Nəzər saldığımız məsələdə bəzi məqamları incələməmizə görə, zənnimizcə, Emin bizdən inciməz. Tuayevə isə Azərbaycan futboluna xidmətlərə görə bir daha minnətdarlığımızı bildirmiş olduq.

Vüsal Əliyev

Son xəbərlər

Xəbər
Bu gün, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Bu gün, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
Dünən, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
Dünən, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
Dünən, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
Dünən, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
Dünən, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
Dünən, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
Dünən, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
Dünən, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
30 oktyabr 2026, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
30 oktyabr 2026, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
30 oktyabr 2026, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
30 oktyabr 2026, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
30 oktyabr 2026, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
30 oktyabr 2026, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
30 oktyabr 2026, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
30 oktyabr 2026, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Xəbər
30 oktyabr 2026, 09:39

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Oxşar xəbərlər