Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Vüqar Həşimov Şahmat Akademiyasında olub. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir.
Prezident Arkadi Dvorkoviçə, FIDE-nin vitse-prezidenti və AŞF-nin prezidenti Mahir Məmmədova akademiyada görülmüş işlərlə bağlı ətraflı məlumat verilib, yeni layihələr və yarışların keçirilməsi barədə fikir mübadiləsi aparılıb. Həmçinin qonaqlar Vüqar Həşimov Muzeyi ilə tanış olublar.
Bundan əlavə, A.Dvorkoviç xatirə kitabına ürək sözlərini yazıb.
[caption id="attachment_99399" align="alignnone" width="640"]
Foto AŞF[/caption]