Beynəlxalq Şahmat Federasiyası (FIDE) növbəti reytinq siyahısını açıqlayıb. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az federasiyaya istinadən xəbər verir.
Teymur Rəcəbov 3 mövqe geriləyərək 28-ci olub. Şəhriyar Məmmədyarov isə ötən ayla müqayisədə 2 pillə irəliləyib. O, 17-ci sırada qərarlaşıb.
Rauf Məmmədov 85-ci yerdə qalıb. İddiaçılar Turnirində iştirak edəcək Nicat Abasov 100-lükdən kənardadır.
Siyahıda norveçli Maqnus Karlsen liderdir. ABŞ-dən olan Fabiano Karuana və bu ölkənin digər təmsilçisi Hikaru Nakamura 3-lüyü tamamlayırlar.
Qadın qrosmeysterlərdən Günay Məmməzadə 34-cü, Gövhər Beydullayeva 46-cıdırlar. Bundan əlavə, Ülviyyə Fətəliyeva 72-ci, Xanım Balacayeva 77-ci, Gülnar Məmmədova 99-cu pillədə qərarlaşıblar.