Beynəlxalq Şahmat Federasiyasının prezidenti Bakıya gəlib. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Ali şahmat qurumunun rəhbəri Arkadi Dvorkoviç bu gün "Baku Open – 2024" Beynəlxalq Şahmat Festivalının açılış mərasimində iştirak edəcək. 12 ölkədən 328 şahmatçının iştirak edəcəyi beynəlxalq turnirin açılış mərasimi bu gün saat 14:30-da başlayacaq.
Yarış Bakı İdman Sarayında keçirilir.