Bakıda futbol üzrə beynəlxalq turnir keçiriləcək. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az AFFA-ya istinadən xəbər verir.
Beynəlxalq Futbol Federasiyası (FİFA) milli komandalar arasında beynəlxalq turnir təşkil edəcək. Layihəyə əsasən, fərqli konfederasiyalardan yığmaların iştirakı ilə miniturnir keçiriləcək. Yarışda Avropadan Bolqarıstan və Azərbaycan, Asiyadan Monqolustan, Afrikadan Tanzaniya iştirak edəcək.
Yeni turnir mart ayında baş tutacaq.