Azərbaycan millisinin yeni baş məşqçisi Bakıda idman obyektləri ilə tanış olub. Bu haqda bu gün, 14 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
69 yaşlı portuqaliyalı mütəxəssis bu məqsədlə “Liv Bona Dea Arena”, Milli Komandaların Təlim-Məşq Mərkəzi, Bakı Olimpiya Stadionu, “ASCO Arena” və Tofiq Bəhramov adına Respublika stadionuna baş çəkib.
Baş məşqçiyə adıçəkilən məkanların hazırkı durumu və orada yaradılan şəraitlə bağlı məlumat verilib.