Əliyar Ağayev UEFA Avropa Liqasının pley-off mərhələsində baş hakim təyin edilib. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Referi Əliyar Ağayev pley-off mərhələsindəki RFŞ (Latviya) – APOEL (Kipr) qarşılaşmasının baş hakimi olacaq. Ona kömək edəcək hakimlər Zeynal Zeynalov və Akif Əmirəli, dördüncü hakim isə İnqilab Məmmədov olacaq.
Oyun avqustun 22-də Riqa şəhərindəki “LNK Sporta Parks” stadionunda keçiriləcək.