“Formula 1”-in məşhur pilotu komandasını dəyişir. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az “Sky Sports”a istinadən xəbər verir.
7 qat dünya çempionu Lyuis Hemilton 2025-ci il mövsümündən etibarən “Ferrari” komandasında çıxış edəcək. Bildirilir ki, britaniyalı 39 yaşlı idmançı ilə artıq prinsipial razılıq əldə olunub.
Hemiltonun “Mercedes” ilə müqavilə müddəti 2024-cü ilin sonuna qədər nəzərdə tutulub. O, 11 ildir “Mercedes”in şərəfini qoruyurdu.