Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı yekunlaşıb. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az məlumat verir.
"Prema Racing"dən həm sərbəst yürüşdə, həm də sıralama turunda lider olan Oliver Bearman yarışda da qalib gəlib. Onun komanda yoldaşı Frederik Vesti 2-ci yeri tutub. “Hitech”dən Jak Kroufurd üçüncü olub.
Yarış zamanı 11 pilot sonadək yarışa bilməyib. Bakıdakı yarış aprelin 30-da başa çatacaq.
[video width="640" height="352" mp4="https://bakuplus.az/storage/photos/2023/04/video-whatsapp-2023-04-29-v-17.10.38_1.mp4"][/video]