Azərbaycan kubokunun hakimləri bəlli olub. Bu haqda bu gün, 3 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
"Neftçi" və "Qəbələ" komandaları arasında keçiriləcək futbol üzrə Azərbaycan Kubokunun final matçını idarə edəcək hakimlərin adları açıqlanıb.
Baş hakim İnqilab Məmmədov olacaq. Ona Kamran Bayramov və Vüsal Məmmədov köməklik göstərəcəklər. 4-cü hakim Tural Qurbanovdur. VAR hakimi Əliyar Ağayev, onun köməkçisi isə Akif Əmirəli olacaqlar. Barış Şimşek hakim-inspektor, Seymur Səlimli isə AFFA nümayəndəsi kimi təyinat alıb.
Qarşılaşma bu gün saat 20:00-da “Bakcell Arena”da baş tutacaq.