İsveçrənin Bil şəhərində təşkil olunan beynəlxalq şahmat festivalında bakılı şahmatçı, 19 yaşlı Məhəmməd Muradlı qalib olub. Bu haqda bu gün, 23 iyul tarixində Bakuplus.az məlumat verir.
22 iyul tarixində başa çatmış festivalda 114 şahmatçı iştirak edib.
Sonuncu turda yarışların iki lideri - Məhəmməd Muradlı və FİDE nümayəndəsi Kirill Alekseyenko üz-üzə gəliblər.
Partiya heç-heçə ilə yekunlaşıb. Əlavə göstəricilərə görə, Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Bil turnirinin qalibi adını qazanıb. Kirill Alekseyenko yarışı ikinci yerdə tamamlayıb.