Azərbaycanın iki güləşçisi İordaniyanın Amman şəhərində davam edən U-17 dünya çempionatında qızıl medal qazanıb.
Bu barədə Bakuplus.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir.
Bildirilib ki, Turan Daşdəmirov (51 kq) və Ayxan Cavadov (60 kq) mundialın qalibi olublar.
Final görüşlərində Daşdəmirov qırğızıstanlı Kutman Kalbayevə, Cavadov isə gürcüstanlı Vaxtanq Loluaya qalib gəlib.